...

İranın Məsləhət Şurası Keşikçilər Korpusunun sabiq komandirinin prezident seçkilərinə namizədliyini irəli sürmədiyini bəyan edib

Siyasət Materials 23 Aprel 2009 12:21 (UTC +04:00)

İranın Məsləhət Şurasının matbuat katibliyi bəyanat yayaraq İranın "Sepah" Keşikçilər Korpusunun sabiq komandiri, Məsləhət Şurasının üzvi və katibi olan Möhsün Rezayinin ölkə prezidenti seçkilərinə namizədliyini irəli sürməsi haqda məlumatları təkzib edib. Bu barədə İranın MEHR xəbər agentliyi məlumat yayıb.

İranın "Sepah" Keşikçilər Korpusunun keçmiş komandiri Rezayinin İran prezidenti seçkilərinə namizədliyini irəli sürməsi haqda informasiya Rezayinin rəsmi saytı www.rezaee.ir.-də yayılıb. O, namizədliyini mühafizəkarlar düşərgəsindən deyil, fərdi olaraq irəli sürdüyünü bildirib. Rezayi bəyanatında gələn həftəyədək proqramını açıqlayacağını qeyd edib.

Prezident seçkiləri bu il iyunun 12-də keçiriləcək. İndiyədək namizədliklərini islahatçılar düşərgəsindən Milli Etibar Partiyasının sədri, sabiq spiker Mehdi Kəburi və İranın sabiq Baş naziri Mirhüseyn Musəvi irəli sürüb.

Iranın hazırkı prezidenti Mahmud Əhmədinejad seçkilərdə iştirakını hələ ki, təsdiq etməyib.

Xəbər lenti

Xəbər lenti