Azərbaycan, Bаkı, 24 aprel / Trend , müxbir A.Hüseynbala /
Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞ PA) nümayəndə heyəti yaz sessiyasında regiondakı son olaylar və Ermənistanın işğalçılıq siyasətini davam etdirməsi ilə bağlı bir neçə məsələ qaldıracaq.
"Biz sessiyada müzakirəyə çıxaracağımız məsələləri indidən açıqlamaq istəmirik. Adətən, bununla bağlı məlumat veriləndə, Ermənistan tərəfi adekvat addımlar atır", - cümə günü Trend -a Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin üzvü Gültəkin Hacıbəyli bildirib.
AŞ PA nın yaz sessiyası aprelin 27-30-da Strasburqda keçiriləcək. Sessiyanın gündəliyinə Azərbaycanla bağlı heç bir məsələ salınmayıb.
Hacıbəylinin sözlərinə görə, Azərbaycanda martın 18-də keçirilən referendumla bağlı sessiyada yalnız icmal xarakterli hesabat olacaq.
"Qurumun ənənəsinə görə, ötən sessiyadan sonra quruma üzv olan dövlətlərdə baş verən ən mühüm siyasi hadisələrlə bağlı ümumi icmallar hazırlanır. Qış sessiyasından sonra Azərbaycanda Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı refendum keçirilib. Yaz sessiyasında referenduma dair qısa bir hesabat hazırlanıb AŞPA-nın üzvü olan deputatlara paylanacaq", - millət vəkili əlavə edib.
Onun fikrincə, həmin hesabatın geniş müzakirəsi gözlənilmir.
Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]