...

ABŞ Bişkek ilə Manas aviabazasından istifadə üzrə danışıqlarda tərəqqi əldə edib – Pentaqon

Siyasət Materials 29 Aprel 2009 12:05 (UTC +04:00)
ABŞ Bişkek ilə Manas aviabazasından istifadə üzrə danışıqlarda tərəqqi əldə edib – Pentaqon

ABŞ Bişkek ilə Manas aviabazasından istifadə üzrə danışıqlarda tərəqqi əldə edib. Bu barədə dünən jurnalistlər üçün keçirilən brifinqdə Pentaqonun mətbuat katibi Ceff Morrell bildirib. Xəbəri İTAR-TASS agentliyi yayıb.

"Biz onlarla (Qırğızıstan hakimiyyəti ilə) danışıqları davam etdiririk və gələcəkdə aviabazadan istifadə barədə razılığın əldə olunması istiqamətində tərəqqinin olduğu sezilir. Bizim razılıq əldə edəcəyimizə ümid etmək üçün səbəblər var",- deyə o bildirib.

Eyni zamanda Pentaqonun mətbuat katibi təsdiq edib ki, ABŞ Əfqanıstandakı Amerika qoşunlarının təchiz edilməsi üçün alternativ yollar axtarmaqdadır. "Son zamanlar biz mümkün alternativ yollar axtarmaqla məşğul oluruq və bu regiona bir neçə uyğun əvəz tapa bilmişik", - deyə Morrell bildirib.

Manas aviabazasının bağlanması barədə qərarı Qırğızıstan Prezidenti Kurmanbek Bakiyev fevralın 3-də Moskvaya səfəri zamanı bildirib.

O buna səbəb kimi ABŞ-ın obyektdən istifadəyə görə kifayət qədər kompensasiya ödəməməsini və respublika ərazisində Amerika əsgərlərinin olmasının ictimaiyyətdə mənfi reaksiya yaratmasını göstərib. Qırğızıstan parlamenti fevralın 19-da ABŞ ilə mövcud olan müvafiq sazişin ləğv edilməsinə səs verib. Növbəti gün Bakiyev qanun imzalayıb. Amerika əsgərləri cari ilin avqust ayının 20-dək Qırğızıstan ərazisini tərk etməlidirlər.

Xəbər lenti

Xəbər lenti