...

Kanada vətəndaşı Gürcüstanda saxta dollar hazırlamaqda şübhəli bilinir

Siyasət Materials 30 Aprel 2009 13:03 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 30 aprel / Trend , müxbir N.Kirtsxaliya /

Gürcüstan hüquq-mühafizə orqanları saxta dollar əskinazları hazırlamaqda şübhəli bilinən Kanada vətəndaşını saxlayıblar. Gürcüstan DİN məlumat verir ki, 1968-ci il təvəllüdlü Kanada vətəndaşı Culis Fabol Tbilisidə, "Ata" mehmanxanasında müvəqqəti məskunlaşıb.

Axtarış nəticəsində 100 dollar və 100 avro nominallı əskinazlar, ültrabənövşəyi şüalanma detektoru, kimyəvi maddələr olan dörd şüşə və digər əşyalar götürülüb.

Fabol saxta 100 dollarlıq əskinazları yod, spirt və başqa naməlum maddə ilə elə hazırlayıb ki, bank avandanlığı, ekspertlər saxta əskinazı əslindən seçməyə çətinlik çəkib.

Axtarış nəticəsində həmçinin ültrabənövşəyi şüalarla işıqlandırıldığında 20 və 100 dollarlıq və 100 avroluq əskinazların izi görünən ağ vərəqlər də götürülüb. Götürülən maddələrin kimyəvi tərkibinin müəyyənləşdirilməsi üçün xüsusi ekspertiza təyin edilib.

Fakt üzrə təhqiqat başlayıb.

Məqalə müəllifi ilə əlaqə ünvani: [email protected]

Xəbər lenti

Xəbər lenti