...

Moskva tərəfindən Cənubi Osetiya və Abxaziya sərhədlərinin mühafizəsi barədə sənədin imzalanmasını Qərb gözləyirdi – ekspert

Siyasət Materials 30 Aprel 2009 16:26 (UTC +04:00)
Moskva tərəfindən Cənubi Osetiya və Abxaziya sərhədlərinin mühafizəsi barədə sənədin imzalanmasını Qərb gözləyirdi, bu Aİ ilə ABŞ-ı təəcübləndirə bilməz. Bu barədə Almaniyanın xarici siyasət şurasının "Rusiya-Avrasiya" mərkəzinin direktoru Aleksandr Rar deyib.
Moskva tərəfindən Cənubi Osetiya və Abxaziya sərhədlərinin mühafizəsi barədə sənədin imzalanmasını Qərb gözləyirdi – ekspert

Azərbaycan, Bakı, 30 aprel / Trend , müxbir E.Tariverdyieva /  

Moskva tərəfindən Cənubi Osetiya və Abxaziya sərhədlərinin mühafizəsi barədə sənədin imzalanmasını Qərb gözləyirdi, bu Aİ ilə ABŞ-ı təəcübləndirə bilməz. Bu barədə Almaniyanın xarici siyasət şurasının "Rusiya-Avrasiya" mərkəzinin direktoru Aleksandr Rar deyib.

"Belə bir sənəd Qərbdə heç kimi təəcübləndirmədi. Çünki bu, Rusiya tərəfindən ötən ilin avqustunda ələ keçirilmiş mövqelərin möhkəmləndirilməsidir. Avqust hadisələrinin Rusiya tərəfindən, hətta ABŞ-la əlaqələrin yaxşılığa doğru getdiyi bir dövrdə unudulacağını düşünmək sadəlövhlük olardı", - telefon bağlantısı zamanı Trend -a Rar Berlindən bildirib.

"Rusiya Abxaziya və Cənubi Osetiya sərhədlərinin mühafizəsini sözügedən iki ölkənin sərhəd xidməti orqanları yarananadək təmin edəcək", - Rusiyanın Abxaziya və Cənubi Osetiya ilə imzaladığı razılaşmada qeyd olunub.

Cənubi Osetiya ilə əldə olunan razılaşmaya əsasən, dövlət sərhədi kimi Rusiya tərəfindən təhlükəsizliyi təmin ediləcək Cənubi Osetiya-Gürcüstan sərhədi qəbul olunub. Abxaziya ilə əldə olunan razılaşmada dövlət sərhədinin və dəniz sərhədlərinin mühafizəsindən söhbət gedir.

Rarın fikrincə, belə bir sənədin olması Rusiya-Qərb münasibətlərini yaxşılaşdırmayacaq. O hesab edir ki, Rusiyanın bu addımı NATO-nun Gürcüstanda Abxaziya və Cənubi Osetiya ilə sərhəddə keçiriləcək təlimlərinə cavabdır.

Alyansa can atan Gürcüstanda mayın əvvələrində NATO təlimlərinin keçirilməsi planlaşdırılıb. NATO alyans üzvləri və tərəfdaşları arasında əlaqələrin yaxşılaşdırılması məqsədi ilə Tbilisidən 20 km şərqdə keçiriləcək təlimlərə 19 ölkədən 1300 hərbçini cəlb etməyi planlaşdırıb. Gürcüstanda hazırda antiprezident aksiyalarının baş aldığı dövrdə təlimlərin keçirilməsini təxribat adlandıran Rusiya bu yaxınlarda NATO-ya təlimləri Gürcüstanda keçirməmək təklifi ilə müraciət edib.

"Sənədin imzalanması Rusiyanın siyasi metodlarından biridir. Bununla Moskva öz maraqlarını müdafiə edəcəyini və Abxaziya ilə Cənubi Osetiyanın müstəqilliyini şübhə altına almayacağını göstərmək istəyir", - Rar hesab edir.

"Rusiya sözügedən iki respublikanın müdafiəçisi funksiyasını üzərinə götürüb. Qərbdə belə addım anneksiya, Rusiyada isə Gürcüstan təxribatından müdafiə adlanır", - Rar deyib.

"Rusiyanın belə bir addımı 2008-ci ilin avqustundan sonra yaranmış vəziyyəti təsdiqləyir. Hadisələrdən sora Rusiya Gürcüstanla sərhədi nəzarətə götürüb ki, Tbilisi ilə iki respublika arasında ehtimal olunan yeni müharibənin qarşısını alsın", - Rar vurğulayıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti