Azərbaycanın dövlət başçısı İlham Əliyev çərşənbə axşamı Türkiyənin Prezidenti Abdullah Gülə Mardin əyalətində baş vermiş faciəli hadisə nəticəsində çoxsaylı insan tələfatı ilə bağlı başsağlığı verib, məlumatı AzərTAc dövlət informasiya agentliyi yayıb.
Başsağlığı məktubunda Prezident faciəli hadisə nəticəsində çoxsaylı insan tələfatı xəbərindən son dərəcə sarsıldığını bildirib. Dövlət başçısı həlak olanların ailələrinə və yaxın adamlarına, qardaş Türkiyə xalqına şəxsən öz adından və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verib.