...

Gürcüstanın radikal müxalifəti spikerlə görüşməyə razılıq verib

Siyasət Materials 8 May 2009 20:28 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 08 may / Trend , müxbir N.Kirtsxaliya /

Radikal müxalifət Gürcüstan Parlamentinin spikeri David Bakradze ilə görüşməyə razılıq verib. Bu barədə müxalifətin dörd saat sürən məşvərətindən sonra "Gürcüstan Yolu" partiyasının lideri Salome Zurabaşvili deyib. Onun sözlərinə görə, Bakradze ilə danışıqlar aparacaq qrupa Qubaz Sanikidze, Viktor Dolidze, Tina Xidaşeli və Koka Qunçadze daxil edilib.

"Sözügedən qrup Bakradze ilə Prezident Saakaşvili ilə keçirəcəyimiz görüş barədə danışıqlar aparmalıdır. Spikerlə danışıqlar çox qısa zaman kəsiyində keçiriləcək, Bakradze Praqadan döndükdən sonra", - Zurabaşvili qeyd edib.

Onun sözlərinə əsasən, "sabahdan gec olmayaraq" prezidentlə görüşmək üçün artıq ikinci qrup da yaradılıb.

"Danışıqlar zamanı müxalifət aktiv tədbirlərə, piket və aksiyalara əl atmayacaq", - Zurabaşvili vurğulayıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti