...

Azərbaycan Prezidenti İzmir parkına gələrək əsaslı təmir və yenidənqurmadan sonrakı vəziyyəti ilə tanış olub

Siyasət Materials 10 May 2009 17:22 (UTC +04:00)

Azərbaycan Prezidenti İlham Əliyev mayın 10-da paytaxtın Yasamal rayonundakı İzmir parkına gələrək, bu istirahət guşəsinin əsaslı təmir və yenidənqurmadan sonrakı vəziyyəti ilə tanış olub, AzərTAc dövlət agentliyi məlumat yayıb.

Dövlətimizin başçısı xanımı Mehriban Əliyeva və qızları ilə birlikdə parkı gəzib. Prezident İlham Əliyevə parkda aparılmış əsaslı təmir və yenidənqurma işləri barədə ətraflı məlumat verilib.

Bildirilib ki, sakinlərin istirahəti üçün yararsız vəziyyətdə olan park dövlətimizin başçısının Bakı şəhərində park və xiyabanların əsaslı təmiri və yenidən qurulması ilə bağlı tapşırıqlarına əsasən abadlaşdırılmışdır. Bu ilin fevralında başlanılmış yenidənqurma işləri qısa vaxtda yüksək keyfiyyətlə başa çatdırılmışdır. İndi İzmir parkı paytaxtımızın bu hissəsinə xüsusi yaraşıq verir.

Bir hektara yaxın ərazini əhatə edən parkda hündürlüyü 8 metr, diametri 14 metr, çəkisi 10 ton olan qranit daşdan və çuqundan hazırlanmış yeni müasir fəvvarə quraşdırılmışdır. Beş iş rejimi olan fəvvarə 300 lampa ilə işıqlandırılıb.

Parkın ərazisinə Hindistanda istehsal olunmuş təbii daşlar və piltələr döşənmişdir. Ərazidə Belçika və İtaliyadan gətirilmiş müxtəlif ağaclar və gül kolları, o cümlədən taksus, banzay və sərv ağacları, qızıl güllər, azaliyalar və digər dekorativ bitkilər əkilmiş, yaşıllıq salınıb.

Axşam saatlarında bu ağacların hamısı işıqlandırılır. Yaşıllaşdırılmış ərazidə avtomatik suvarma sistemi quraşdırılmışdır. Parkın xarici divarları Abşeron daşından, istinad divarları isə xaricdən gətirilən travertin və mərmərdən inşa olunub.

Ərazidə yeni yollar və cığırlar salınmış, daş heykəlciklər qoyulub. Müasir tələblər səviyyəsində qurulan parkın işıqlandırma sistemi Almaniya istehsalı olan yüksək keyfiyyətli avadanlıqdan yığılıb. Ərazidə 85 orijinal çıraq quraşdırılıb, 85 rahat oturacaq qoyulub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti