...

Azərbaycan Prezidenti Müşfiq parkının əsaslı təmir və yenidənqurmadan sonrakı vəziyyəti ilə tanış olub

Siyasət Materials 10 May 2009 17:31 (UTC +04:00)

Azərbaycan Prezidenti İlham Əliyev mayın 10-da paytaxtın İnşaatçılar prospektindəki Müşfiq parkının əsaslı təmir və yenidənqurmadan sonrakı vəziyyəti ilə tanış olub, AzərTAc dövlət agentliyi məlumat yayıb.

Dövlətimizin başçısı və xanımı Mehriban Əliyeva birlikdə parkı gəziblər. Prezident İlham Əliyevə parkda aparılmış əsaslı təmir və yenidənqurma işləri barədə ətraflı məlumat verilib.

Bildirilib ki, yararsız vəziyyətdə olan ərazidə yenidənqurma işlərinin aparılmasına ehtiyac yaranıb. Ərazisi 2100 kvadratmetr olan park qısa vaxt ərzində aparılmış bərpa işləri nəticəsində tamamilə yeni görkəm alıb. XX əsr Azərbaycan poeziyasının qüdrətli simalarından biri olan Mikayıl Müşfiqin 1968-ci ildə bu parkda qoyulan abidəsi də bərpa olunub.

Prezident İlham Əliyev milli ədəbiyyatımızın şeir xəzinəsinə qiymətli incilər bəxş etmiş Mikayıl Müşfiqin 100 illik yubileyinin qeyd olunması haqqında 2007-ci ildə Sərəncam imzalamışdır.

Prezident İlham Əliyev parkda aparılmış işlərdən razılığını bildirdi, şəhərdə aparılan yenidənqurma işləri ilə bağlı tövsiyələrini verib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti