...

Azərbaycanın strateji vəziyyəti NATO üçün sərfəlidir – Rumıniya səfiri

Siyasət Materials 12 May 2009 16:44 (UTC +04:00)
Azərbaycanın strateji vəziyyəti NATO üçün sərfəlidir –  Rumıniya səfiri

Azərbaycan, Bakı, 12 may / Trend , müxbir А.Bədəlova /

"NATO-ya daxil olacağı təqdirdə Azərbaycanın strateji vəziyyəti alyans üçün sərfəli ola bilər", - çərşənbə axşamı "Avropa təhlükəsizlik sistemi və NATO" konfransında Rumıniyanın Azərbaycandakı səfiri Nikolae Ureke deyib.

"Ölkənin Cənubi Qafqazdakı strateji - vacib tranzit marşrutu müsbət hallardan biridir", - Ureke qeyd edib.

Səfirin sözlərinə görə, Azərbaycan geostrateji mövqeyə malikdir və alyansın Əfqanıstanda apardığı antiterror əməliyyatı üçün nəzərdə tutulan NATO-nun qeyri-hərbi yüklərinin tədarükü üçün vacib tranzitə çevrilə bilər.

"Bununla yanaşı, ölkə Avropanın enerji təhlükəsizliyi baxımından da NATO üçün vacib rol oynayır", - Ureke hesab edir. Onun sözlərinə görə, Azərbaycan ən böyük neft və qaz istehsalçılarından biridir və Mərkəzi Asiyadan Avropaya enerji resurslarının nəqli zamanı tranzit ölkə rolunu da oynamaq üçün lazımi potensiala malikdir.

Ureke deyib ki, Azərbaycanın NATO-ya daxil olmasının əsas xeyri alyansın bütün üzvlərinə təmin etdiyi milli təhlükəsizlik olacaq.

Ancaq, Urekenin sözlərinə görə, alyansdakı üzvlüyə nail olmaq üçün istənilən ölkə üç əsas meyara cavab verməlidir:

- hərbi meyar - ölkə standartlara uyğun silahlı qüvvələrə malik olmalıdır;

- siyasi meyar - ölkə bütün lazımi demokratik tələblərə cavab verməlidir;

- iqtisadi meyar - ölkədə azad bazarın mövcudluğu.

NATO-Azərbaycan münasibətləri 1992-ci ildə Azərbaycanın Şimali Atlantika Əməkdaşlıq Şurasına qoşulması ilə başlanıb. (1997-ci ildə AvroAtlantik Tərəfdaşlıq Şurası (AATŞ) adlandırılıb). Əməkdaşlıq Azərbaycanın 1994-cü ildə "Sülh naminə tərəfdaşlıq" proqramına qoşulmasından sonra tədricən ikişaf etməyə başlayıb.

İslahatların keçirilməsinə dəstəklə yanaşı, NATO-nun Azərbaycanla əməkdaşlığının mühüm məqsədlərindən biri ölkənin Silahlı Qüvvələrinin imkanlarını böhran reaksiyası əməliyyatları və sülhməramlı əməliyyatlar aparılan zaman NATO ölkələri qüvvələri ilə qarşılıqlı fəaliyyət səviyyəsində inkişaf etdirməkdən ibarətdir. 1999-cu ildən Azərbaycanın hərbi qüvvələri NATO-nun Kosovoda, 2002-ci ildən Əfqanıstanda sülhməramlı əməliyyatlarının keçirilməsinə dəstək verib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti