...

Gürcüstan Prezidentinin istefasını sorğuda iştirak edənlərin 28 faizi dəstəkləyib

Siyasət Materials 13 May 2009 20:45 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 13 may / Trend , müxbir N.Kirtsxaliya /  

"Baltik" Araşdırmalar və Marketinq İnstitutunun, "Qelap" və "Ey-Er-Ey" təşkilatlarının keçirdiyi sorğunun nəticələrinə əsasən, Gürcüstan vətəndaşlarının çoxu müxalifətin Prezidentin istefası tələbi ilə razı deyil.

Soğuda iştirak edənlərin cəmi 28 faizi Mixail Saakaşvilinin istefa verməli olduğunu düşünür. Rəy soruşunların 51faizi Prezidentin "vəhdət və dözümlülük" çağırışı ilə razıdır. Respondentlərin 7 faizi həm Saakaşvili, həm də onun rəqibləri ilə razı olduqlarını bildirib. Sorğuda iştirak edənlərin 8 faizi cavab verməkdən imtina etdiyi halda, 6 faizi nə Prezidentlə, nə də ki, müxalifətlə razı olduqlarını bildirib. Rəy sorğusunda 1500 insan iştirak edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti