...

ABŞ-ın Mərkəzi Asiya ölkələri ilə münasibətləri son zamanlar yaxşılaşıb – Dövlət katibinin köməkçisi

Siyasət Materials 14 May 2009 11:55 (UTC +04:00)
ABŞ-ın Mərkəzi Asiya ölkələri ilə münasibətləri son zamanlar yaxşılaşıb – Dövlət katibinin köməkçisi

ABŞ Dövlət katibinin bu yaxınlarda digər vəzifəyə keçən, Cənubi və Orta Asiya işləri üzrə köməkçisi Riçard Bauçer hesab edir ki, onun vaxtında Vaşinqtonun Mərkəzi Asiya ölkələri ilə münasibətləri yaxşılaşıb. "Düşünürəm ki, bu belədir", - deyə o, çərşənbə günü Dövlət Departamentində "öz" regionundan olan ölkələrin jurnalistləri üçün keçirilən vida brifinqdə İTAR-TASS-ın müxbirinin sualına cavab verərkən bildirib.

ABŞ-ın Mərkəzi Asiyanın keçmiş Sovet ölkələri ilə münasibətlərindəki vəziyyətə qısa xülasə verən diplomat onu "olduqca müsbət" adlandırıb. "Biz ən əvvəldən Qazaxıstan ilə çox yaxşı işlədik, qarşılıqlı münasibətləri, genişləndirdik", - "əlavə iqtisadi sahələr" və "siyasi islahatların müəyyən həcmi"ni də nəzərə aldığını bildirərək o deyib. "Qazaxıstanı ATƏT-də bir il gözləyir", - deyə Astananın 2010-cu ildə bu təşkilata sədrlik edəcəyini diqqətə çatdıran diplomat xatırladıb.

"Hazırda bizim Türkmənistan ilə yaxşı və genişlənən münasibətimiz var. Biz Özbəkistan ilə münasibətlərdə tərəqqiyə nail oluruq, balanslaşdırılmış irəliləyiş yolları axtarırıq. Mən bu yaxınlarda Tacikistana getmişdim, biz bu ölkəyə kömək etməyə çalışırıq, təkcə humanitar proqramları deyil, islahatlar prosesini də dəstəkləyirik. Qırğızıstan da bir çox münasibətlərdə bizim tərəfdaşımızdır, təhsildən tutmuş digər bir çox sahələrədək", - deyə Bauçer əlavə edib. 

"ABŞ Bişkekin "Manas" aeroportundakı bazanı tərk etməyə hazırlaşırmı" sualına Dövlət katibinin köməkçisi belə cavab verib: "bu mövzu üzrə "danışıqlar və müzakirələr" hələ də davam etdirilir". Qırğız hakimiyyətinin qərarı ilə Amerika hərbçiləri avqustun 20-dək bu bazadan çıxarılmalıdır, lakin Vaşinqton özünü elə aparır ki, sanki bu qərar ABŞ-ın təkidi ilə yenidən nəzərdən keçirilə bilər.

Xəbər lenti

Xəbər lenti