2009-cu ildə Azərbaycan Yazıçılar Birliyinin yaradılmasının və bu təşkilatın ədəbi orqanı "Ədəbiyyat qəzeti"nin nəşrə başlamasının 75 illiyi tamam olur. Azərbaycan Yazıçılar Birliyi fəaliyyətə başladığı vaxtdan etibarən müxtəlif sınaqlardan keçərək milli ədəbiyyatın, ana dilinin qorunub yaşadılmasında böyük xidmətlərini, azərbaijan xalqının mədəniyyəti tarixini və mənəvi sərvətlər xəzinəsini bədii-estetik düşüncənin bir çox qiymətli nümunələri ilə zənginləşdirmək işini nəzərə alaraq, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycan Yazıçılar Birliyinin yaradılmasının və "Ədəbiyyat qəzeti"nin nəşrə başlamasının 75 illik yubileyinin ölkə miqyasında qeyd olunmasını haqqında sərəncam imzalayıb. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.
Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə Azərbaycan Yazıçılar Birliyi ilə bərabər Azərbaycan Yazıçılar Birliyinin yaradılmasının və bu təşkilatın ədəbi orqanı olan "Ədəbiyyat qəzeti"nin nəşrə başlamasının 75 illik yubileyinə həsr edilmiş tədbirlər planı hazırlayıb həyata keçirilməsi tapşırılıb.