...

Qazaxıstanın ATƏT-də sədrliyi tarixi hadisə olacaq - ABŞ-ın Qazaxıstandakı səfiri

Siyasət Materials 19 May 2009 14:09 (UTC +04:00)

ABŞ-ın Qazaxıstandakı səfiri Riçard Houqland Qazaxıstanın dövlət agentliyi Qazinforma verdiyi məlumatda bildirib ki, Qazaxıstanın ATƏT-də 2010-cu ildə sədrliyi tarixi hadisə olacaq.

"İlk növbədə, bu, MDB ölkələrindən birinin təşkilata rəhbərlik etməsi ilə bağlı ilk hadisə, ikinci növbədə isə 2010-cu il Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının təsis edilməsinin əsası hesab edilən Helsinki müqaviləsinin 35-ci ildönümü olacaq", - Houqland bildirib.

Onun sözlərinə görə, Qazaxıstan bu tarixi ildönümün qeyd olunmasının müvafiq yollarını araşdırır. ATƏT-in üç əsas prinsipi - insan hüquqlarının müdafiəsi, iqtisadiyyat sahəsində əməkdaşlıq və təhlükəsizliyin təmin olunmasını yenidən təsdiq edə biləcək yekun konfransın keçirilməsi mümkündür.

"Biz yuxarıda qeyd edilmiş prinsipləri yenidən nəzərdən keçirəcək, yeniləşdirəcək və təsdiq edəcək müvafiq təşəbbüsləri dəstəkləyirik. Biz Qazaxıstan hökumətilə sədrlik öncəsi və o cümlədən mövcud tarixi hadisə dövründə, bərabər tərəfdaşlığa əsaslanaraq məsləhətəşmələr aparmaq imkanını səbirsizliklə gözləyirik", -səfir bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti