"Türkiyənin Antalya şəhəri yaxınlığında aşan avtobusda olan 34 turist - Qazaxıstan və Qırğızıstan vətəndaşları olub", - КазТАГ-a QR XİN mətbuat katibi İlyas Omarov məlumat verib.
"Turistlər Antalya şəhərinin hava limanına gələrək oradan Alaniya şəhərinə yollanıblar və avtobus Manavqat şəhərini keçən zaman qəzaya uğrayıb", - o deyib.
Onun verdiyi məlumata görə, hadisə yerinə gələn tibbi yardım xidməti 23 nəfər - 21 qazax və iki qırğızı hospitallaşdırıb.
İlk tibbi yardımdan sonra 10 nəfərin xəstəxana müalicəsinə ehtiyacı yoxdur. "Onlar istirahətə yollanıblar", - Omarov qeyd edib.
Bir qazaxıstanlı turist kəllə-beyin travması ilə reanimasiyadadır. "O özünə gəlib. Həkimlər onun durumunu kafi qiymətləndirirlər", - mətbuat katibi deyib.
Onun verdiyi məlumata görə, yaxın müddətdə daha 6-7 nəfər xəstəxanadan buraxılacaq.
"Başqa turistlərin durumu normaldır. Onların müalicəsi üçün vaxt tələb olunur", - QR XİN nümayəndəsi məlumat verib.
"Xoşbəxtlikdən ölən yoxdur", - o əlavə edib.