Azərbaycan, Bakı, 25 may / Trend , müxbir C.Babayeva /
Azərbaycanda bələdiyyələrin sayı 36 faiz azaldılacaq.
"Azərbaycanda fəaliyyət göstərən 2757 bələdiyyədən 993-ü ləğv ediləcək", - bazar ertəsi parlamentin Regional məsələləri komitəsinin iclasında komitənin sədri Arif Rəhimzadə bildirib.
İclasda "Azərbaycanda bəzi bələdiyyələrin birləşdirilməsi haqqında" qanun layihəsi müzakirəyə çıxarılıb.
Rəhimzadənin sözlərinə görə, layihəyə əsasən, Azərbaycanda 1764 bələdiyyə fəaliyyət göstərəcək və daha iki yeni bələdiyyə yaradılacaq. Bələdiyyələrin ümumi sayı 1766 olacaq. Yeni bələdiyyələr Füzuli rayonunun 1-2 Zabucuq qəsəbələrinin 1-ci Zabucuq bələdiyyəsi və 3-4-5-ci eyniadlı qəsəbənin 5-ci Zabucuq bələdiyyəsi olacaq.
Qanun layihəsi parlamentin müzakirəsinə tövsiyə olunub.
Azərbaycanda bələdiyyə seçkisi ilin sonunda keçiriləcək.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]