...

Əli Laricani yenidən İran parlamentinin sədri seçilib

Siyasət Materials 27 May 2009 11:23 (UTC +04:00)

İran parlamentinin rəyasət heyəti mayın 27-də parlamentin sədrinin ikinci müddət üçün seçilməsi məqsədi ilə səsvermə keçirib. Səsvermənin nəticəsinə əsasən, Əli Laricani yenidən parlamentin sədri seçilib. Bu barədə İLNA xəbər agentliyi məlumat verib.

Səsvermədə 247 parlament nümayəndəsindən 241 nəfər iştirak edib, 216 nəfər lehinə, 25 nəfər isə əleyhinə səs verib.

İranda parlament sədrini seçmək məqsədi ilə parlament nümayəndələri hər il səsvermə keçirilər. Parlament seçkiləri isə 4 ildən bir keçirilir.

Xəbər lenti

Xəbər lenti