...

Bakıdakı hərbi hissədəki kütləvi zəhərlənmə zamanı hazırda müalicə olunan əsgərlərin adları açıqlanıb

Siyasət Materials 27 May 2009 13:08 (UTC +04:00)
Bakıdakı hərbi hissədəki kütləvi zəhərlənmə zamanı hazırda müalicə olunan əsgərlərin adları açıqlanıb

Azərbaycan, Bakı, 27 may / Trend , müxbir E.İsmayılov /

Bakının Qaradağ rayonunda yerləşən Qaraheybət Ümumqoşun Təlim Mərkəzində ötən axşam baş vermiş kütləvi qida zəhərlənməsi zamanı hazırda müalicə olunan əsgərlərin adları açıqlanıb.

Trend -un Müdafiə Nazirliyinin Hərbi Klinik Hospitalında olan müxbirinin əldə etdiyi məlumata görə, hazırda əlavə müayinə və müalicəyə cəlb edilən əsgərlər aşağıdakılardır:

Tahirov Şahin

Mürsəlov Emin

Rəhimov Tural

Cəfərov Cavid

Camalov Səbuhi

Ələsgərov Tuncay

Müdafiə Nazirliyindən və Bakı Hərbi Prokurorluğundan müalicəyə cəlb olunan əsgərlərin adlarını öyrənmək mümkün olmayıb.

Müdafiə Nazirliyinin bu gün yaydığı rəsmi məlumatda bildirilir ki, kütləvi zəhərlənmə zamanı Hərbi Klinik Hospitala 164 əsgər müayinə üçün gətirilib.

Hərtərəfli müayinədən sonra 158 əsgər xidməti yerlərinə qaytarılıb. 6 əsgərdə isə bəzi xəstəliklər müşahidə olunduğundan əlavə müayinə və müalicəyə cəlb edilib və onların vəziyyətləri kafidir.

Həmin xəstələrdən bakteroloji və laborator nümunələr götürülüb. Üç gün ərzində müayinənin nəticələri bilinəcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti