Qazaxıstan, Astana, 27 may / Trend , müxbir K. Arınov /
Dünyəvi və ənənəvi dinlərin liderlərinin üçüncü qurultayı 1-2 iyulda Astanada olacaq, Qazaxıstan senatının mətbuat xidmətindən bildiriblər.
"Növbəti forum tolerantlığa, qarşılıqlı hörmət və əməkdaşlığa əsaslanan dünyanın qurulmasında dini liderlərin rolu məsələlərinin müzakirə edilməsinə həsr olunacaq", - mətbuat xidmətinin yaydığı məlumatda bildirilir.
Press-relizdə deyildiyi kimi, qurultayın işində müxtəlif dini təriqətlərin, beynəlxalq təşkilatların nümayəndələri və görkəmli siyasi xadimlər iştirak edəcək.
Forumun açılışında Prezident Nursultan Nazarbayevin iştirakı və çıxışı gözlənilir.
29-30 iyunda dini liderlərin konqresinin keçirilməsinə hazırlıq çəçivəsində dünyəvi və ənənəvi dinlərin liderlərinin qurultayının katibliyinin 8-ci iclası olacaq.
Məqalə müəllifi ilə əlaqə: [email protected]