...

Gürcüstan-Osetiya münaqişə zonasında gürcü polisi iki dəfə atəşə tutulub

Siyasət Materials 29 May 2009 13:56 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 29 may / Trend , müxbir N.Kirtsxaliya /

Bu gün səhər 7.30 radələrində Kasp rayonunda patrul fəaliyyətini həyata keçirən gürcü polisinin "pikap"ı atəşə tutulub. Atəş, işğal olunmuş ərazidə olan Monasteri kəndindən Sakorntlo kəndi istiqamətində, avtomatik silahdan beş dəqiqə davam edib.

İnsident nəticəsində polis maşını zədələnib.

Cümə axşamı, mayın 28-də təxminən axşam saat 8-də Disevi kəndi istiqamətindən Qori rayonunun Koşka kəndinin yaxınlığındakı gürcü polisi postu atəşə tutulub.

Gürcüstan DİN-dən verilən məlumata görə, intensiv atəş üç dəqiqə ərzində böyükçaplı pulemyotlardan həyata keçirilib. Bunun nəticəsində posta zərər dəyib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti