...

Gürcüstanın radikal müxalifəti səfirliklərə etriazını bildirməyə hazırlaşır

Siyasət Materials 30 May 2009 15:11 (UTC +04:00)

Gürcüstan, Tbilis, 30 may / Trend , müx. N.Kirsxalia /

Müxalifət liderlərindən  Levan Qaçeçiladze Gürcüstanda akkreditə olunmuş diplomatik korpusu ölkənin daxili problemlərinə etinasız yanaşmaqda ittiham edib.

"Diplomatik korpusun ölkənin daxili məsələlərinə münasibəti mülayim desək etinasızdır", - Qaçeçiladze bildirib.

Onun sözlərinə görə, ölkədə siyasi böhranın olduğu bir zamanda leksikonda yeganə bir sözü - "dialoq"u istifadə etmək olmaz. "Bu əlləri yumaq deməkdir", - o bildirib və səfirləri Gürcüstanı gülünc vəziyyətə qoymamağa çağırıb.

"Prinsip etibarı ilə əl yuyulması bizi geri, Rusiyanın caynağına qaytarmaq deməkdir", - Qaçeçiladze deyib.

Onun sözlərinə görə, müxalifət liderlərinin arasında belə fikir mövcuddur ki, bir sıra etiraz aksiyalarını səfirliklər qarşısında keçirmək lazımdır.

"Sizdən xahiş edirəm ki, Gürücüstanın gələcəyi üçün vacib olan konkret bəyanat və şərhlərə keçəsiniz", - Qaçeçiladze diplomatik korpusa müraciət edərək deyib.

Məqalə müəllifi ilə əlaqə: [email protected]

Xəbər lenti

Xəbər lenti