...

Latviya Prezidenti iyul ayında Bakıya səfər edəcək – səfir

Siyasət Materials 1 İyun 2009 20:45 (UTC +04:00)
Latviya Prezidenti iyul ayında Bakıya səfər edəcək – səfir

Azərbaycan, Bakı, 01 iyun / Trend , müxbir Ü.Sadıxova /

İyul ayının ortalarında Bakıya Latviya Prezidenti Valdis Zatlersin səfəri gözlənilir. Səfər çərçivəsində bir sıra müqavilələr imzalanacaq. Bu barədə bazar ertəsi jurnalistlərə Latviyanın Azərbaycandakı səfiri Mixails Popkovs bildirib.

"Prezident görüşlər keçirəcək, bir sıra müqavilələr imzalanacaq. Məlum olduğu kimi müzakirələrin mövzusu ətraf mühitin və meteorologiyanın qorunması olacaq", - deyə Popkovs bildirib.

Səfirin sözlərinə əsasən, Latviya Prezidentini Bakıda iqtisadi inkişaf, kənd təsərrüfatı və xarici işlər naziri müşayiət edəcək. Azərbaycan paytaxtında latviyalı və azərbaycanlı iş adamlarının biznes-forumunun keçirilməsi də gözlənilir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti