...

MDB Müdafiə Nazirləri Şurası 2015-ci ilə qədər hərbi əməkdaşlıq konsepsiyasını müəyyənləşdirib

Siyasət Materials 3 İyun 2009 14:29 (UTC +04:00)
MDB Müdafiə Nazirləri Şurası 2015-ci ilə qədər hərbi əməkdaşlıq konsepsiyasını müəyyənləşdirib

"MDB Müdafiə Nazirləri Şurası (MNŞ) çərşənbə günü 2015-ci ilə qədər hərbi əməkdaşlıq konsepsiyasını müəyyənləşdirib", - Şuranın katibi Aleksandr Sinayski MNŞ iclasının yekunlarına əsasən bildirib, RİA Novosti xəbər verir.

"Hərbi sahədə inteqrasiya proseslərinin inkişafının vacibliyini nəzərə alaraq, müdafiə nazirləri 2015-ci ilə qədər MDB ölkələri arasında hərbi əməkdaşlığın inkişafı konsepsiyasına yanaşmanı müəyyən edib və 2010-cu il üçün MDB ölkələri silahlı qüvvələrinin birgə tədbirlər planını təsdiqləyib", - Sinayski bildirib.

Onun sözlərinə görə, nazirlər həmçinin MDB SQ-nin silahlanma və hərbi texnikasının təmiri və təkmilləşdirilməsi məsələləri üzrə Koordinasiya Mərkəzinin yaradılması haqda razılığa gəliblər.

"Müdafiə nazirləri MDB ölkələri ordularının mühəndis qoşunlarının qarşılıqlı fəaliyyəti, hərbi-elmi və hərbi-texniki əməkdaşlığı məsələlərini müzakirə ediblər. Hərbi-texniki sahədə çoxtərəfli inteqrasiyanın inkişafı çərçivəsində MDB ölkələri silahlanmalarının və hərbi texnikasının təmiri, ehtiyat avadanlıqlarının tədarükü, təkmilləşdirilməsi üzrə Koordinasiya Mərkəzinin yaradılmasına qərar verilib, mövcud silahlanma və hərbi texnika üçün lazım olan ehtiyat hissələrinə ehtiyac haqda informasiya mübadiləsi müəyyən edilib", - Sinayski qeyd edib.

MNŞ katibinin sözlərinə görə, təmir və ehtiyat hissələri məsələsi bütün MDB ölkələri üçün yetərincə vacib məsələdir.

"Birinci mərhələdə biz bu, ikinci mərhələdə isə təkmilləşdirmə məsələlərini həll edəcəyik", - Sinayski əlavə edib.

İclasda həmçinin hərbi, o cümlədən MDB HHM əməliyyat qüvvələri üçün kadrların və MDB orduları üçün fiziki hazırlıq və idman üzrə mütəxəssislərin hazırlanması və yenidən hazırlanması problemləri müzakirə edilib.

Xəbər lenti

Xəbər lenti