...

ABŞ-ın Bakıdakı səfirliyi Azərbaycanla tərəfdaşlığın vacibliyini vurğulayır

Siyasət Materials 4 İyun 2009 13:03 (UTC +04:00)
ABŞ-ın Bakıdakı səfirliyi Azərbaycanla tərəfdaşlığın vacibliyini vurğulayır

Azərbaycan, Bakı, 04 iyun / Trend , müxbir V.Javoronkova /

"ABŞ-ın Bakıdakı səfirliyi bu dövlətin Azərbaycanla tərəfdaşlığının strateji vacibliyini anlayır və ABŞ Prezidenti Barak Obamanı yaxın zamanda Bakıda görməyə ümid edir", - bu gün Trend -a ABŞ-ın Bakıdakı səfirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Terri Devidson deyib.

"Biz ABŞ Prezidenti Barak Obamanın sentyabrda Azərbaycana səfəri haqda informasiyanı təsdiq etmirik", - Devidson bildirib.

Onun sözlərinə görə, prezidentin bütün səfərləri barədə Ağ Ev məlumat verir. "Biz Ağ Evin bəyanatlarını gözləyəcəyik", - Devidson əlavə edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti