...

ABŞ-ın Gürcüstandakı səfiri Əfqanıstanda iki gürcü bölüyünün olacağını istisna etmir

Siyasət Materials 4 İyun 2009 17:28 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 04 iyun / Trend , müxbir N.Kirtsxaliya /

ABŞ-ın Gürcüstandakı səfiri Əfqanıstanda iki gürcü bölüyünün olacağını istisna etmir. Səfir Con Tefftin bu gün jurnalistlərə bildirdiyinə görə, hazırda Gürcüstanın hərbi kontingentinin Əfqanıstanda ABŞ hərbçiləri ilə birgə iştirakı imkanı nəzərdən keçirilir.  

"Bu, Əfqanıstanda Fransanın cavabdeh olduğu ərazidə xidmət edəcək qrupdan ayrı hissədir", - deyə səfir bəyan edib.

O qeyd edib ki, bütün bunlar hələ ki, layihədir, gürcü hərbçilərinin sayının müəyyənləşdirilməsi və Əfqanıstanda onların yerləşdirilməsi üzrə işlər davam etdirilir.

Gürcüstan ilin sonunda Əfqanıstana alay göndərmək niyyətindədir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti