...

ABŞ Prezidentinin İslam dünyasına ünvanlanmış çıxışını digər dövlətlərə mesaj kimi də anlamaq olar – Azərbaycan Prezidenti Adminstrasiyanın şöbə müdiri

Siyasət Materials 5 İyun 2009 18:51 (UTC +04:00)
ABŞ Prezidentinin İslam dünyasına ünvanlanmış çıxışını digər dövlətlərə mesaj kimi də anlamaq olar – Azərbaycan Prezidenti Adminstrasiyanın şöbə müdiri

Azərbaycan, Bakı, 05 iyun / Trend , müxbir C.Babayeva /

"ABŞ Prezidenti Barak Obamanın Qahirədəki müsəlmanlara ünvanlanmış çıxışı, yeni administrasiyanın İslam dünyası ilə səmərəli dialoqun qurulması səylərinin təsdiqidir", - Azərbaycan Prezidenti Adminstrasiyasının siyasi analiz və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov belə hesab edir.

ABŞ Prezidenti Misirə cümə axşamı səfəri çərçivəsində Qahirə Universitetində çıxış edib.

"Bu, dialoq və qarşılıqlı əlaqəyə yönəldilmiş siyasəti təcəssüm etdirən mühüm hadisədir", - Aslanov Trend -a bildirib.

O, bildirib ki, "məlum olduğu kimi bəzi müsəlman ölkələrində ABŞ siyasəti adekvat olaraq hər zaman qəbul olunmur". "Əminəm ki, ABŞ Prezidentinin müsəlmanlara aydın nitqlə, xüsusilə də Prezident Tomas Cefferson kimi faktlarla və dəfələrlə Qurandan sitat gətirdiyi, eyni zamanda Fələstin dövlətinin yaradılmasının vacibliyini qeyd etdiyi tarixi faktlara söykənən müraciətindən sonra müsəlman cəmiyyətlərinin dünyada qəbul edilməsində müsbət transformasiyalar baş verəcək", - deyə Aslanov bildirib.

Aslanovun fikrincə, bu, çoxqütblü dünyanın formalaşmasında çox vacib və mühüm məsələdir. "Uinston Çörçilin dediyi kimi, "bu, bütün işlərin sonu və sonun başlanğıcı deyil, bu, başlanğıcın sonudur", - Aslanov bildirib.

"Mənim fikrimcə, Obamanın çıxışı sivilizasiyaların sıx yaxınlaşmasının başlanğıcının sonudur. Bu cür çıxış və dialoqa çağırış son zamanlar sivilizasiya alyansı və mədəniyyətlər mərkəzi kimi çıxış edən Azərbaycanın real təcəssümüdür. Bir sözlə, bu gün təsdiqləmək lazımdır ki, S.Xantinqtonun yazdığı "sivilizasiyaların münaqişəsi" keçmişə aiddir", - deyə Aslanov bildirib.

Aslanov, həmçinin qeyd edib ki, Obama çıxışı zamanı haqqında danışdığı universal dəyərlər Qərb və İslam dünyası üçün vacibdir. "Ona görə ki, hər bir siyasi sistemin təkamülünün öz yolu var. Müasir dünyada Qərb və Şərq mədəniyyətlərinin çoxcəhətliliyini ayırıcı deyil, birləşdirici fakt kimi nəzərə almaq və qavramaq lazımdır. Hər bir ölkənin öz inkişaf yolu, tarixi, bu və ya digər transformasiya istiqamətində hərəkət sürəti var. Bunun dərk edilməsi səmərəli dialoq üçün imkan yaradır. Bu nöqteyi nəzərdən Barak Obamanın İslam dünyasına ünvanlanmış çıxışını digər ölkələrə mesaj kimi də anlamaq olar", - deyə Aslanov bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti