...

Dağlıq Qarabağ münaqişəsinin nizamlanması yalnız Rusiya və ABŞ-ın razılığı ilə mümkündür – Azərbaycan Sosial Layihələr Fondunun prezidenti

Siyasət Materials 10 İyun 2009 14:26 (UTC +04:00)
Dağlıq Qarabağ münaqişəsinin nizamlanması yalnız Rusiya və ABŞ-ın razılığı ilə mümkündür – Azərbaycan Sosial Layihələr Fondunun prezidenti

Azərbaycan, Bakı, 10 iyun / Trend , müxbir V.Javoronkova /

Dağlıq Qarabağ problemi üzrə real nəticələrə ABŞ və Rusiyanın razılığı ilə nail olmaq mümkündür. Bu barədə "İran-Azərbaycan münasibətləri mərkəzində" mövzusunda çərşənbə günü keçirilmiş dəyirmi masada Azərbaycan Sosial Layihələr Fondunun prezidenti Rəşad Rzaquliyev bildirib.

"Regionda Qərb, ABŞ və Rusiyanın maraqlarını güdən ciddi geosiyasi oyun gedir. Onların hər biri öz rəqibini regiondan çıxarmağa çalışır, bu o deməkdir ki, yaxın zamanlarda Cənubi Qafqaz münaqişələr nəticəsində parçalanan regiona çevriləcək", - deyə Rzaquliyev bildirib.

Onun sözlərinə əsasən, İsrail Prezidentinin Azərbaycana gözlənilən səfəri oyunun bir elementidir.

Şimon Peres iyunun 28-də ölkəyə səfər edəcək.

"Qərb Rusiyanı və İranı müəyyən fəaliyyətə təhrik edir, hərbi əməliyyatlar İran tərəfindən təhrik edilərsə Gürcüstanda baş verənlər Azərbaycanda da təkrarlana bilər", - deyə Rzaquliyev bildirib.

Onun sözlərinə əsasən, İran qoşunlarının Azərbaycana girməsi üçün heç bir problem yoxdur.

"Fikrimcə, İran və Rusiya kimi ciddi qonşuların maraqları ilə oynamaq lazım deyil və mən sevinirəm ki, Azərbaycan rəhbərliyi müəyyən qüvvələrinə əsasən hərəkət etmir", - deyə o bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti