Gürcüstan, Tbilisi, 11 iyun / Trend , müxbir N.Kirtsxaliya /
"Bu gün Zuqdididəki dəmiryolu stansiyasında yük vaqonu partlayıb. Partlayış zamanı elektrik Şalva Okromçedlişvili xəsarət alaraq, Zuqdidi xəstəxanasına yerləşdirilib", - Gürcüstan DİN-in rəsmi bəyanatında bildirilir.
Daha sonra qeyd olunur ki, iyunun 11-də saat 00:25-də stansiyada zibil qabına qoyuluş partlayıcı maddə işə düşüb, 02:50-də isə Zuqdidinin rayon polis şöbələrindən birinin yaxınlığında "MAZ" markalı avtomobil partladılıb. Təhqiqat aparılır.
"Zuqdididəki partlayışları bu regionda sabitliyi istəməyənlər törədib", - Gürcüstan DİN-in məlumatında deyilir.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]