...

İran Hərbi Hava Qüvvələrinin təyyarələri 3600 kilometr uçuş həyata keçirəcək

Siyasət Materials 11 İyun 2009 17:08 (UTC +04:00)
İran Hərbi Hava Qüvvələrinin təyyarələri 3600 kilometr uçuş həyata keçirəcək

İran Hərbi Hava Qüvvələrinin (HHQ) bölmələri iyunun axırında hərbi manevrlər həyata keçirəcək. Manevr zamanı pilotlar 3600 kilometr uçuş həyata keçirəcəklər. Bu barədə İran HHQ-nin komandir müavini Möhsün Dərəbaği cümə axşamı keçirdiyi mətbuat konfransında bildirib. FARS xəbər agentliyi məlumat yayıb.

Onun sözlərinə görə, təlimlər şərti "Milade Nure Velayət" adı altında ("Vilayət günəşinin doğması") keçiriləcək. "Təlimlərin keçirilməsində məqsəd gənc pilotlarının hərbi manevr gücünün artırılmasıdır", - deyə Dərəbaği bildirib.

O əlavə edib ki, təlimlərdə SU-24 tipli təyyarələr və HHQ-nin yeni avadanlıqları sınaqdan keçiriləcək. "Təyyarələr 3600 kilometr məsafəni havada yanacaq doldurmaqla qət edəcəklər", - o deyib.

Dərəbaği bildirib ki, təyyarələr Fars körfəzi və Oman körfəzi üzərindən 700 kilometr məsafədə uçacaqlar. "Təlimlərdə kəşfiyyat təyyarələrinin siqnallarının ötürülməsi və analizi, qırıcı təyyarələrdə hərbi texnikadan istifadə, hədəflərin məhv olunması sınaqları həyata keçiriləcək", -dey Dərbaği bildirib.

Xəbər lenti

Xəbər lenti