...

İran Parlamentinin "İmam yolunun davamçıları" fraksiyası dövlət televiziyasını tənqid edib

Siyasət Materials 18 İyun 2009 15:42 (UTC +04:00)

İran Parlamentinin "İmam yolunun davamçıları" fraksiyasının baş katibi Məhəmmədrza Tabeş İran dövlət televiziyasına etiraz məktubu ünvanlayıb və onun fəaliyyətini tənqid edib. Bu barədə İLNA xəbər agentliyi məlumat yayıb.

Məktubda bildirilir ki, İran dövlət televiziyası fraksiyanın baş katibinin müsahibəsindəki bəzi məqamları məqsədli şəkildə efirə verməyib. "Televiziya mənim müsahibəmdən əhaliyə öz istədiyi fikiri çatdırmaq məqsədi ilə bəzi hissələri yayımlayıb. Mən öz müxtəlif müsahibələrimdə əhalinin seçkilərdə aktiv iştirak etdiyini və eyni zamanda namizədlərin və əhalinin istəyi ilə səslərinn yenidən sayılmasının vacibliyini vurğulamışam. Bundan başqa geniş şəkildə siyasi fəalların həbs olunmasına və bəzi saytların bağlanmasına etiraz etmişəm, lakin İran dövlət televiziyası mənim müsahibəmdəki bəzi hissələri məqsədli şəkildə yayımlamayıb", - deyə Tabeşin bəyanatında bildirilir.

Tabeş İran televiziyasını öz vəzifəsini layiqincə yerinə yetirməyə və informasiya yayımında bitərəf olmağa çağırıb.

Xəbər lenti

Xəbər lenti