...

Şimon Peresin Bakıya səfəri Azərbaycan və İsrailin milli maraqlarını irəlilədəcək – səfir

Siyasət Materials 19 İyun 2009 15:51 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 iyun / Trend , müxbir Y.Оstapenko /

"İsrail Prezidenti Şimon Peresin iyunun sonunda Bakıya səfəri Azərbaycan və İsrailin milli maraqlarını irəlilədəcək", - İsrailin Azərbaycandakı səfiri Artur Lenk deyib.

"Həqiqətən vacib olan şey, İsrail Prezidentinin Azərbaycana gəlməyi haqqında qərarı hansı səbəbdən qəbul etdiyi, onun kiminlə görüşmək niyyətində olduğu, onların hansı mövzularda danışmaq fikirləri olması və Azərbaycan və İsrailin milli maraqlarını irəlilədəcək məqamlardır", - səfir cümə günü jurnalistlərə Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzindəki seminarından sonra deyib. - Mən inanıram ki, Peres öz səfəri ilə bu məqsədə çatacaq".

Dəyirmi masa arxasında söhbət zamanı Lenk Peresin Bakıya səfərinin 28-29 iyunda baş tutacağını təsdiqləyib.

Səfir deyib ki, müxtəlif sahələrdə müəyyən sənədlər imzalanacaq. Ancaq Lenk onu da qeyd edib ki, əsas məsələ hansı sahədə hansı sənədlərin imzalanması deyil, Azərbaycan və İsrail xalqı arasındakı dialoqdur.

"Bizim təhsil, tibb və b. sahələrdə imzalayacağımız sənədlər vacib deyil. Bunlar sadəcə bir kağız parçalarıdır, - Lenk bildirib. - Əsas odur ki, israillilər və azərbaycanlılar bir-biri ilə danışır, qarşılıqlı maraq kəsb edən sahələri müzakirə edirlər".

Prezidentlə birlikdə Bakıya, həmçinin enerji, ticarət və təhsil nazirləri də gələcək. Səfər çərçivəsində ticarət üzrə seminar keçiriləcək.

Xəbər lenti

Xəbər lenti