...

İran tamamilə beynəlxalq nəzarətdən çıxıb - şahzadə Pəhləvi

Siyasət Materials 23 İyun 2009 12:33 (UTC +04:00)
İran tamamilə beynəlxalq nəzarətdən çıxıb - şahzadə Pəhləvi

ABŞ, Vaşinqton, 23 iyun / Trend , müxbir N.Boqdanova /

"Hazırda İran tamamilə beynəlxalq nəzarətdən çıxıb", - devrilmiş İran şahının oğlu, şahzadə Rıza Pəhləvi hesab edir.

"İran qapalı ölkədir və beynəlxalq ictimaiyyət oradan neytral informasiya əldə etmir. Bu xüsusilə də son vaxtlar, İran hökuməti tərəfindən beynəlxalq KİV-lərin fəaliyyətinə qadağa qoyulduğu bir zamanda belədir", - Trend -a müsahibəsində Pəhləvi deyib.

İslam Respublikasının qurulmasından ötən 30 il ərzində ən güclü həyəcanlar İranda iyunun 12-də keçirilmiş prezident seçkilərindən sonra yaşanır. Məğlub olmuş namizədlərdən biri - islahatçı Mir Hüseyn Musəvi hökuməti seçkilərin nəticələrinin saxtalaşdırılmasında ittiham edib və xalqı etiraz aksiyasına çağırıb.

Bu dövr ərzində bir sıra beynəlxalq KİV-lərin nümayəndələri ölkədən çıxarılıb, bir sıra xəbər internet-saytlarına giriş bağlanıb.

Pəhləvinin fikrincə, belə etiraz aksiyaları hakimiyyət rejimini daha aqressiv edir və hazırda İranda demək olar ki, inqilabi mühit müşahidə olunur.

"Mən İranın öz demokratik yolunu və gələcəyini tapacağına inanıram. İran xalqına onu da söyləmək istəyirəm ki, onlar tək deyil, biz onları dəstəkləyirik", - Pəhləvi bildirib.

Xəbər lenti

Xəbər lenti