İstintaq İnquşetiya Prezidenti Yunus-Bek Yevkurova qarşı sui-qəsd törədən terroristin soyadını müəyyənləşdirib. Güman olunur ki, bu Malqobek kənd sakini Pyatimat Mutaliyevadır. Bu barədə İTAR-TASS-a respublikanın hüquq mühafizə orqanlarından bildirilib.
Mutaliyevanın qardaşı Həsən Mutaliyev 2009-cu il fevral ayının 12-də Nazran şəhərinin cənub-qərb mikrorayonunda şəxsi evində vəfat edib. İlkin məlumatlara əsasən, keçirilmiş xüsusi əməliyyat zamanı aralarında Mutaliyevin də olduğu dörd hərbçi hüquq-mühafizə orqanlarının əməkdaşlarına silahlı müqavimət göstərmiş və özlərini partlatmışlar. Partlayış zamanı hüquq-mühafizə orqanlarının dörd əməkdaşı həlak olmuş, 18 nəfər, həmçinin yerli sakinlər yaralanmışdır.