...

Azərbaycanda miqrasiya proseslərinin idarə olunmasında "bir pəncərə" prinsipi tətbiq ediləcək

Siyasət Materials 24 İyun 2009 13:25 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 iyun / Trend , müxbir A.Hüseynbala /

Azərbaycanda miqrasiya proseslərinin idarə olunmasında "bir pəncərə" prinsipinin tətbiqi ilə bağlı bəzi qanunlara əlavələr və dəyişikliklər ediləcək.

"Azərbaycanda müvəqqəti və ya daimi yaşamaq üçün icazə almış əcnəbilər şəxsi pasportları (digər sərhədkeçmə sənədləri) və Azərbaycanın müvafiq icra hakimiyyəti oqranı tərəfindən verilmiş müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqələri əsasında ölkədən gedə və qayıda bilərlər", - Trend -un məlumatına görə, çərşənbə günü keçirilən iclasda Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli bildirib.

Rəcəblinin sözlərinə görə, bu əlavə "Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında" qanuna ediləcək. "Digər əlavəyə görə, viza əsasında və ya viza tələb olunmayan qaydada Azərbaycana gələn və müvafiq icra hakimiyyəti orqanı tərəfindən ölkə ərazisində müvəqqəti olma müddəti uzadılmış əcnəbi şəxs pasportunu (digər sərhədkeçmə sənədini) və müvəqqəti olma müddətinin uzadılması haqqında qərarı təqdim edərək dövlət sərhədinin buraxılış məntəqələrindən keçməklə ölkəni tərk edə bilər", - komitə sədri vurğulayıb.

Rəcəbli deyib ki, "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında", "İmmiqrasiya haqqında" və "Əmək miqrasiyası haqqında" qanunlara da müvafiq əlavələr nəzərdə tutulub. 

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti