...

Alma-Atada jurnalistlərin mitinqinə qadağa qoyulub

Siyasət Materials 24 İyun 2009 16:08 (UTC +04:00)

Qazaxıstan, Astana, 24 iyun / Trend , müxbir K.Konırova /

Alma-Atada İnternetdə senzuranın tətbiq edilməsi barədə qanun layihəsinə qarşı jurnalistlərin peşəkar bayramı şərəfinə keçirilən mitinqə qadağa qoyulub. Bu barədə "Adil söz" söz azadlğı müdafiəsi fondu məlumat verir.

"Alma-Ata akimatı Qazaxıstanın "Azat" demokratik partiyasının müstəqil KİV-ləri dəstəkləməsi ilə bağlı Qazaxıstanın jurnalistika gününə həsr olunmuş ümumşəhər mitinqini keçirməsinə iki dəfə imtina edib. Akimat buna səbəb kimi "mitinqin şəhər nəqliyyatının normal işləməsinə mane olacağını" göstərib. Bu barədə fondun yayımlanmış press-relizində deyilir.

Məlumatda deyildiyi kimi, jurnalist və ictimai təşkilatların nümayəndələri informasiya-kommunikasiya şəbəkələrinin nizamlanması haqqında qanun layihəsinə qarşı çıxış edir. Qanun layihəsi İnternetdə senzuranı, bütün KİV üçün tənqidi şəkildə seçkilərin işıqlandırılması, mitinqlərin, tətillərin keçirilməsi və millətlərarası münasibətlərin işıqlandırılmasına qadağa qoyulmasını nəzərdə tutur.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti