Qazaxıstan, Astana, 25 iyun / Trend , müxbir K.Konırova /
"Rusiya hərbçiləri Cənubi Qafqazda sülhə zəmanətdir", - Trend -a Rusiyanın NATO-da daimi nümayəndəsi Dmitri Roqozin bildirib.
"Əgər bu məsələ üzrə spekulyasiyaları nəzərə almasaq, hazırda Cənubi Qafqazda müharibənin təkrarlanmaması üçün Rusiya Hərbi Qüvvələrindən başqa güc yoxdur", - Roqozin deyib.
Astanada hazırda Avroatlantik Tərəfdaşlıq Şurasının (ATŞ) təhlükəsizlik forumu keçirilir.
Onun sözlərinə görə, Təhlükəsizlik Şurasında BMT missiyasının uzadılması barədə müzakirələr nəticə verməyib.
"Mənim gürcüstanlı həmkarlarım Gürcüstanın ərazi bütövlüyü barədə qətnaməyə əlavələr edilməsinə cəhd ediblər, - Roqozin bildirib. - Lakin mən Rusiya-NATO şurasında bildirdim ki, qərb diplomatları mövcud faktı - Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanımaq istəmirlər".
Avqustun 8-də tanınmamış Cənubi Osetiya Respublikasında böyükmiqyaslı hərbi əməliyyatlar başlayıb. Gürcüstan ordusu Sxinvaliyə daxil olub. Sonra Rusiya qoşunları əraziyə daxil olaraq Gürcüstan qoşunlarını oradan çıxardı. Avqustun sonunda Rusiya Cənubi Osetiya və Abxaziyanın müstəqilliyini tanıdı. Cavab olaraq Gürcüstan Rusiya ilə diplomatik münasibətlərini kəsdi və iki tanınmamış respublikanı işğal edilmiş ərazi elan etdi.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]