...

Tacikistan Prezidenti Məkkəyə həcc ziyarətinə getmək istəyənlərə bunun əvəzində öz vəsaitlərini xeyriyyəçiliyə sərf etməyi təklif edib

Siyasət Materials 30 İyun 2009 12:50 (UTC +04:00)
Tacikistan Prezidenti Məkkəyə həcc ziyarətinə getmək istəyənlərə bunun əvəzində öz vəsaitlərini xeyriyyəçiliyə sərf etməyi təklif edib

Prezident İmomali Raxmon Tacikistanın Soqdiya vilayətinin fəalları ilə görüşü çərçivəsində gələcəkdə Məkkəyə ziyarət edəcək zəvvarları qlobal maliyyə böhranı dövründə və ölkədəki yoxsulluq şəraitində öz vəsaitlərini Həcc ziyarətinə getmək əvəzinə xeyriyyəçiliyə xərcləməyə səsləyib. Bu barədə dövlət başçısının mətbuat xidmətində "Asia-Plyus" xəbər verib.

"Mən islam dininin müqəddəs yerlərinə artıq ikinci, üçüncü dəfə ziyarət etmək istəyən Tacikistan sakinlərinə müraciət edərək öz vəsaitlərini ehtiyacı olan ailələrə, yoxsulluğun nəticələrinin aradan qaldırılmasına və ölkənin abadlığına sərf etməyə çağırıram", - deyə dövlət başçısı bildirib.

Xəbər lenti

Xəbər lenti