...

Azərbaycan MSK ölkədə bələdiyyələrin sayının azaldılmasını vacib hesab edir – sədr

Siyasət Materials 30 İyun 2009 17:29 (UTC +04:00)
Azərbaycan MSK ölkədə bələdiyyələrin sayının azaldılmasını vacib hesab edir – sədr

Azərbaycan, Bakı, 30 iyun / Trend , müxbir C.Babayeva /

Azərbaycanın Mərkəzi Seçki Komissiyası (MSK) ölkədə bələdiyyələrin sayının azaldılmasını vacib addım hesab edir.

"Azərbaycan Parlamenti tərəfindən bələdiyyələrin sayının azaldılması haqqında qərar vaxtında verilib. Kiçik bələdiyyələr bələdiyyə seçkilərinin keçirilməsində müəyyən çətinliklər yaradıblar. Azərbaycanda 15-20 seçicini əhatə edən bələdiyyələr də olub", - bu barədə MSK sədri Məzahir Pənahov çərşənbə axşamı bildirib. 

Azərbaycanın Milli Məclisi bələdiyyələrin sayının 2757-dən 1764-ə kimi azaldılmasına, həmçinin iki yeni bələdiyyənin yaradılmasına qərar verib. 1567 bələdiyyə birləşmə məqsədi ilə müraciət edib, onların birləşdirilməsindən sonra 574 bələdiyyə yaranacaq, 993 bələdiyyə isə ləğv ediləcək.

Azərbaycanda bələdiyyə seçkiləri bu ilin sonuna nəzərdə tutulub.

"Bələdiyyə seçkilərinə kimi MSK ölkə seçicilərinin sayını yenidən dəqiqləşdirəcək", - deyə Pənahov bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti