...

Azərbaycanın xarici işlər naziri amerikalı diplomatı qəbul edib

Siyasət Materials 30 İyun 2009 19:02 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 iyun /  Trend , müxbir C.Babayeva /

Xarici işlər naziri Elmar Məmmədyarov Amerika Birləşmiş Ştatlarının səfiri Ann Dersini Azərbaycanda fəaliyyət müddətinin bitməsi ilə əlaqədar bu gün qəbul edib.

XİN-in mətbuat xidmətindən çərşənbə axşamı Trend -a bildiriblər ki, görüş zamanı Dersi Azərbaycanda işlədiyi dövrdə ölkələr arasındakı münasibətlərin daha da genişlənməsi və inkişafı istiqamətində fəaliyyət göstərdiyini, bu istiqamətdə XİN ilə faydalı əməkdaşlığı qeyd edib.

Azərbaycandan xoş xatirələrlə ayrıldığını vurğulayan səfir fəaliyyəti zamanı göstərilən dəstək və diqqətə görə minnətdarlığını bildirib.

Öz növbəsində Məmmədyarov Dersiyə gələcək işlərində uğurlarr arzulayıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti