...

Azərbaycanın dövlət başçısı Yəmən Prezidentinə başsağlığı verib

Siyasət Materials 30 İyun 2009 19:03 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 iyun / Trend /

Azərbaycan Prezidenti İlham Əliyev Yəmən Respublikasının Prezidenti Əli Abdullah Salehə "Yemenia Air" şirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğraması və çoxsaylı insan tələfatı ilə nəticələnən faciə ilə bağlı başsağlığı ünvanlayıb. Məlumatı çərşənbə axşamı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

"Baş vermiş faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxın adamlarına, bütün xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm", - məktubda bildirilir.

Xəbər lenti

Xəbər lenti