...

ATƏT sədri Azərbaycanda QHT haqqında qanuna edilən son dəyişiklikləri bəyənir

Siyasət Materials 2 İyul 2009 16:03 (UTC +04:00)

Azərbaycan, Bakı, 02 iyul / Trend , müxbir Y.Ostapenko /

ATƏT-in fəaliyyətdə olan sədri Dora Bakoyannis Azərbaycan Parlamenti tərəfindən iyunun sonunda qeyri-hökumət təşkilatları (QHT) haqqında qanuna edilən son dəyişiklikləri bəyənir. Bu barədə ATƏT-in rəsmi məlumatında deyilir.

"Güclü vətəndaş cəmiyyəti, azad mətbuat və siyasi həyatda iştirak ATƏT-in üzv dövlətləri kimi bölüşdürdüyümüz əsas öhdəlikləri əks etdirir. Bununla əlaqədar olaraq, mən Azərbaycan Parlamentinin iyunun sonunda qəbul etdiyi müsbət qərarını alqışlayıram", - Yunanıstanın xarici işlər naziri Bakoyannis bildirib.

Onun fikrincə, bu qərar vətəndaş cəmiyyətinin fəaliyyətini məhdudlaşdırmağa deyil, yüngülləşdirməyə yönəlib. Bakoyannis ATƏT və Azərbaycan arasında növbəti islahatlara nail olmaq üçün konstruktiv əməkdaşlığın dərinləşməsinin mümkünlüyünə əmin olduğunu bildirib.

İyunun 30-da Milli Məclis (Parlament) tərəfindən "Qeyri hökumət təşkilatları haqqında" Qanuna sonuncu əlavə və dəyişiklik edilib.

Dəyişikliklərin əvvəlki redaksiyası QHT-nin dövlət qeydiyyatı olmadan fəaliyyətinə qadağa qoyulmasını, "milli təhlükəsizlik" nöqteyi nəzərindən onların qeydiyyatından imtina edilməsini və vətəndaş cəmiyyətləri institutlarının xarici maliyyələşdirilməsinin məddudlaşdırılmasını nəzərdə tuturdu.

Bakoyannis cümə axşamı birgünlük Bakıda səfərdə olub. Bu onun Azərbaycanın paytaxtına ATƏT-in sədri qismində ilk səfəridir. Bakoyannis Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov, Dağlıq Qarabağın Azərbaycanlı İcmasının nümayəndəsi Bayram Səfərov, həmçinin ölkənin siyasi partiyalarının nümayəndələri ilə görüşüb. Gün ərzində o, Azərbaycan Prezidenti İlham Əliyev  və parlamentin spikeri Oqtay Əsədovla görüşəcək.   

Bu gün axşam ATƏT-in sədri cümə günü Ermənistan hökuməti və siyasi partiyalarla görüşlər keçirmək üçün Yerevana yollanacaq. 

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti