...

Azərbaycan Prezidenti ABŞ xalqını Müstəqillik günü münasibətilə təbrik edib

Siyasət Materials 3 İyul 2009 19:55 (UTC +04:00)

Azərbaycan Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Prezidenti Barak Obamanı və bütün Amerika xalqını milli bayram - Müstəqillik günü münasibətilə təbrik edib. Məlumatı AzərTAc Dövlət İnformasiya Agemtliyi yayıb.

"Bu gün Azərbaycan ilə Amerika Birləşmiş Ştatlarını dostluq və əməkdaşlıq münasibətləri birləşdirir. Enerji təhlükəsizliyinin təmin edilməsi sahəsində səmərəli iş birliyimiz, həyata keçirdiyimiz irimiqyaslı transmilli layihələrə ölkənizin dəstəyi məmnunluq doğurur", - təbrik məktubunda deyilir.

"Biz həmçinin xalqımızın ən ağrılı problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tezliklə sülh yolu ilə, beynəlxalq hüquq normaları əsasında ədalətli həlli sahəsində ATƏT-in Minsk qrupunun həmsədri kimi ABŞ-ın səylərinə böyük ümidlər bəsləyirik", - məktubda qeyd edilir.

Dövlət başçısı təbrik məktubunda dövlətlərarası münasibətlərin hərtərəfli inkişafı, tərəfdaşlığın daha da möhkəmləndirilməsi istiqamətində fəaliyyətin bundan sonra da ardıcıl şəkildə davam etdiriləcəyinə əmin olduğunu bildirib.

Xəbər lenti

Xəbər lenti