...

Azərbaycan Ordusunda yay aylarında günün isti saatlarında təlimlərin keçirilməsinə qadağa qoyulub

Siyasət Materials 7 İyul 2009 12:06 (UTC +04:00)
Azərbaycan Ordusunda yay aylarında günün isti saatlarında təlimlərin keçirilməsinə qadağa qoyulub

Azərbaycan, Bakı, 07 iyul / Trend , müxbir K.Zərbalıyeva /

Azərbaycanda isti hava şəraiti ilə bağlı olaraq müdafiə naziri Səfər Əbiyev günün isti saatlarında təlimlərin keçirilməsinə qadağa qoyan göstəriş verib.

Nazirliyin mətbuat xidmətinin əməkdaşı Teymur Abdullayev çərşənbə axşamı Trend -a bildirib ki, göstərişə əsasən, hərbi hissələrdə təlimlər keçirilərkən havanın hərarəti nəzərə alınmalıdır. Təlimlərin adətən səhər saat 11.00-a qədər və axşam 17.00-dan sonra keçirilməsi tövsiyə olunub.

Abdullayevin sözlərinə görə, hərbi hissələrdə artıq sərinləşdirici qurğular quraşdırılıb, günvurmanın qarşısının alınması üçün xüsusi kölgəliklər yaradılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin hidrometeoroloji proqnozlar bürosunun məlumatına görə, iyul ayının bəzi günlərində respublikanın bəzi ərazilərində havanın maksimal temperaturu 42, orta temperatur isə 34-37 dərəcə proqnozlaşdırılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti