...

Azərbaycanda dövlət və özəl mülkiyyətə məxsus 8500-ə yaxın obyekt qorunur - DİN Baş Mühafizə İdarəsinin rəisi

Siyasət Materials 8 İyul 2009 11:04 (UTC +04:00)
Azərbaycanda dövlət və özəl mülkiyyətə məxsus 8500-ə yaxın obyekt qorunur - DİN Baş Mühafizə İdarəsinin rəisi

Azərbaycan, Bakı, 08 iyul / Trend , müxbir K.Zərbalıyeva /

Azərbaycan Daxili İşlər Nazirliyinin (DİN) Baş Mühafizə İdarəsi tərəfindən ölkədə dövlət və özəl mülkiyyətə məxsus 8500-ə yaxın obyekt qorunur.

Trend -un məlumatına görə, bu barədə MDB dövlətlərinin mühafizə xidmətlərinin Azərbaycan paytaxtı Bakıda keçirilən elmi-praktik konfransındakı çıxışında DİN-in Baş Mühafizə  İdarəsinin rəisi Mədət Quliyev məlumat verib.

Quliyev deyib ki, mühafizə olunan obyektlərin minə yaxını vətəndaş mənzilləridir.

"Mülkiyyət sahibləri ilə də mühafizəyə dair xidmət növlərinin göstərilməsi üçün 1500-ə yaxın müqavilə bağlanılıb. Mühafizə olunan obyektlərdə beynəlxalq standartlara cavab verən müasir tipli siqnalizasiya sistemləri quraşdırılıb. Eyni zamanda, Bakıda və iri sənaye şəhərlərində kompüterləşdirilmiş, mərkəzləşdirilmiş mühafizə məntəqələri fəaliyyət göstərir və ümumilikdə respublika üzrə 3 mindən artıq obyekt bu sistemlərin köməyi ilə qorunur", - idarə rəisi əlavə edib.

 Onun sözlərinə görə, son üç il ərzində mühafizə xidməıtinin əməkdaşları tərəfindən vətəndaşların qanunsuz saxladığı yüzə yaxın odlu silah, 22 min ədədə yaxın müxtəlif növ sursat götürülüb.

"Bu illər ərzində qorunan 163 obyektdə oğurluğun, 400-ə yaxın digər cinayət hadisələrinin qarşısı alınaraq 650 cinayətkar, 180 nəfər axtarışda olan və 3 mindən yuxarı ictimai qaydaları pozan şəxs saxlanılaraq ərazi polis orqanlarına təhvil verilib", - Quliyev vurğulayıb.

Quliyev qeyd edib ki, Baş Mühafizə İdarəsinin tabeçiliyində olan və respublikanın müxtəlif regionlarında fəaliyyət göstərən mühafizə hissələri onlara edilən müraciətlər əsasında sərbəst olaraq dövlət və özəl mülkiyyətə məxsus obyektlərin, həmçinin vətəndaş mənzillərinin mühafizəsini həyata keçirib.

"Mühafizə xidməti göstərilməyinə gorə mülkiyyətçidən alınan vəsaitin məbləği baş idraə tərəfindən hazırlanmış tariflərə əsasən tənzimlənir", - idarə rəisi deyib.

İki gün davam edəcək konfransda Rusiya, Ukrayna, Belarus, Moldova və Tacikistanın mühafizə xidməti idarələrinin rəhbərləri iştirak edirlər. Tədbirdə mühafizə xidmətinin vəziyyəti və gələcək inkişaf perspektivləri müzakirə olunur.  


Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti