...

Azərbaycan yəhudi lobbisinin təcrübəsində maraqlıdır - ABŞ-dakı səfir

Siyasət Materials 8 İyul 2009 12:55 (UTC +04:00)
Azərbaycan yəhudi lobbisinin təcrübəsində maraqlıdır - ABŞ-dakı səfir

Azərbaycan, Bakı, 08 iyul / Trend , müxbir Ü.Sadıxova /

Azərbaycanın ABŞ-dakı səfiri Yaşar Əliyev bildirib ki, yəhudi lobbisi xarici siyasət sahəsində Azərbaycana köməyini gücləndirib.

İsrail Prezidenti Şimon Peresin iyunun 28-29-da Bakıya etdiyi səfərdən sonra, yəhudi lobbisinin nümayəndələri Azərbaycana köməklərini artırmaq təklifi ilə çıxış ediblər.

ABŞ-dakı erməni lobbisinin təsirini şərh edən səfir deyib ki, məhz bu səbədən keçən ilin martında Ermənistanda baş vermiş hadisələrin çoxu ilin sonuna qədər məxfi qalıb.

"ABŞ Dövlət Departamentinin hesabatında rəqəmlər azaldılıb. Mənim fikrimcə, bu, erməni lobbisinin ABŞ-dakı işi ilə bağlıdır", - o deyib.

Ermənistan müxalifəti keçən il fevralın 20-dən başlayaraq Yerevanın mərkəzində Serj Sarkisyanın qalib gəldiyi prezident seçkilərinin nəticələrinə etiraz olaraq aksiyalar keçiriblər.

Etiraz aksiyası martın 1-də mitinqçilərlə hüquq mühafizəçiləri arasında toqquşma ilə başa çatıb. Nəticədə 10 nəfər həlak olub, 265 nəfər yaralanıb. Ermənilərin iki əsas tələbi var -  siyasi məhbusların azad edilməsi və 1-2 mart hadisələrinin istintaqının qərəzsiz aparılması.  

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti