...

YUNİSEF-in regional direktoru Gürcüstana gəlib

Siyasət Materials 9 İyul 2009 15:11 (UTC +04:00)
YUNİSEF-in regional direktoru Gürcüstana gəlib

BMT-nin Uşaq fondu - YUNİSEF-in Mərkəzi və Şərqi Avropa və MDB ölkələri üzrə regional direktoru Stiven Alen Gürcüstana ikigünlük səfərə gəlib. Fondun gürcü nümayəndəliyindən verilən məlumata görə, Alen ötənilki münaqişənin uşaqlara təsiri və durumun yaxşılaşdırılması üçün həyata keçirilən tədbirlərlə yerindəcə tanış olacaq.

Regional direktor qaçqın uşaq və qadınlarla görüşəcək, su təchizatı və sanitar-gigiyenik durumun yaxşılaşdırılması üzrə yeni layihəni təqdim edəcək.

YUNİSEF-in apardığı tədqiqat nəticəsində məlum olub ki, kompakt yaşayan qaçqınların 47 faizi keyfiyyətli sudan istifadə imkanından məhrumdur. 2008-ci ilin avqustundakı münaqişədən sonra fond, müharibə zamanı zərər çəkmiş 78 000 uşaq və onların ailələrinə müxtəlif növ kömək edib. Təşkilat Şida Kartli vilayətindəki əhaliyə gigiyena, səhiyyə, qida, təhsil sahələrində yardım etməkdə davam edir.

Xəbər lenti

Xəbər lenti