...

Ankara Kiprdə sülhü və stabilliyi dəstəkləyir - Prezident

Siyasət Materials 13 İyul 2009 16:12 (UTC +04:00)
Ankara Kiprdə sülhü və stabilliyi dəstəkləyir - Prezident

Türkiyə Kiprdə sülhün davam etdrilməsinin tərəfdarıdır. Bu barədə ölkə Prezidenti Abdulla Gül Şimali Kipr Prezidenti Mehmet Əli Tələt ilə mətbuat konfransı zamanı bildirib. Məlumatı TRT2 telekanalı yayıb.

"Belə bir qərar qəbul edildiyi təqdirdə Ankara Aİ-yə daxil olmaq üçün islahatların keçirilməsini davam etdirəcək", - deyə Gül bildirib.

"Kipr məsələsi təkcə yunan kiprlilərinin türk əhalisinə münasibətinə dair problem deyil, eyni zamanda Türkiyə-Yunanıstan münasibəti ilə bağlı problemdir", - Türkiyə Prezidenti deyib. 

Türkiyə Kiprin şimalında 30 min əsgər saxlayır. 1974-cü ildə Kiprin cənubunda baş vermiş çevriliş, adada müstəqilliyin təminatçısı olan dövlət qismində Türkiyəyə hərbi soxulma bəhanəsi verdikdən sonra ada hərbi güc ilə parçalanıb. BMT-nin qətnamələrinə əsasən, Kiprdə birləşmədən sonra ikizonalı, ikiicmalı federsiya yaradılmalıdır.

Xəbər lenti

Xəbər lenti