...

Rəfsəncani İran müxalifəti liderlərinin də iştirak edəcəyi cümə namazı keçirəcək

Siyasət Materials 16 İyul 2009 16:10 (UTC +04:00)
Rəfsəncani İran müxalifəti liderlərinin də iştirak edəcəyi cümə namazı keçirəcək

Prezident seçkilərində məğlub olan Mir Hüseyn Musəvi ölkənin sabiq Prezidenti ayətulla Əkbər Haşemi Rəfsəncaninin keçirəcəyi cümə namazında iştirak edəcək. Bu barədə Musəvinin rəsmi saytı "Ghalamnews" xəbər verib.

Rəfsəncani seçkilərdə Musəvini dəstəkləyirdi.

Ölkənin sabiq Baş naziri bəyan edib ki, cümə namazına o da qoşulacaq.

O, bildirib ki, namazda iştirak edəcək. Belə ki, Musəvi hüquqların, azadlığın və mənəviyyatın müdafiəsi çağırışları ilə bağlı tədbirdə iştirakını "mütləq sayır".

O, öz xalqını Allahın yolu ilə getməyə çağıraraq bunu "hüquqların pozulması"nın bərpasında ən yaxşı vasitə adlandırıb. 

Rəfsəncani səkkiz həftəlik fasilədən sonra duaların keçirilməsini bərpa edib.

İran mətbuatının məlumatına əsasən, sabahkı cümə namazında İranın sabiq Prezidenti Məhəmməd Xatəmi də iştirak edəcək.

Xəbər lenti

Xəbər lenti