...

Gürcüstan Prezidenti Batumidə iki mehmanxananın təməlqoyma mərasimində iştirak edib

Siyasət Materials 16 İyul 2009 20:48 (UTC +04:00)
Gürcüstan Prezidenti Mixail Saakaşvili Batumidə iki mehmanxananın təməlqoyma mərasimində iştirak edib
Gürcüstan Prezidenti Batumidə iki mehmanxananın təməlqoyma mərasimində iştirak edib

Gürcüstan, Tbilisi, 16 iyul / Trend , müxbir N.Kirsxaliya /

Gürcüstan Prezidenti Mixail Saakaşvili Batumidə iki mehmanxananın təməlqoyma mərasimində iştirak edib. Onun sözlərinə görə, tikinti iki ildən sonra başa çatdırılacaq.

Sərmayələri Avropanın ilk beşliyinə daxil olan alman firmasının filialı həyata keçirir.

"Bu o deməkdir ki, yalnız Gürcüstanın 300 vətəndaşı tikintidə çalışmayacaq, həm də gürcülər bu standartlarla işləməyi öyrənəcəklər. Bu biliklərdən də onlar gələcəkdə yararlanacaqlar", - Prezident bildirib.

"Biz ölkədə ixtisassızlaşmış, işsiz, həyat sevincini itirmiş insanların çoxluq təşkil etdiyi bir dövrdən çıxmışıq. İndi biz işçi qüvvəsinin azlığı olacaq mərhələyə qədəm qoyuruq. Bizim təxminlərə görə, üç il ərzində Batumidə mehmanxana sektorunda 10 min nəfər işlə təmin olunacaq. Bu o deməkdir ki, daha 20 min nəfər işlə təmin ediləcək", - Saakaşvili qeyd edib.

Kompleksin tikintisi üçün 90 milyon avro ayrılıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti