...

Əfqanıstandakı əməliyyat başa çatarsa, ABŞ Mərkəzi Asiyaya olan marağını itirəcək - Chatham House-un eksperti

Siyasət Materials 17 İyul 2009 19:28 (UTC +04:00)
"ABŞ Əfqanıstandan çıxan kimi Vaşinqtonun Mərkəzi Asiya regionuna marağı minimuma enəcək", - Mərkəzi Asiya üzrə avropalı ekspert Yuri Fyodorov belə hesab edir.
Əfqanıstandakı əməliyyat başa çatarsa, ABŞ Mərkəzi Asiyaya olan marağını itirəcək - Chatham House-un eksperti

Azərbaycan, Bakı, 17 iyul / Trend , müxbir V.Javoronkova /

"ABŞ Əfqanıstandan çıxan kimi Vaşinqtonun Mərkəzi Asiya regionuna marağı minimuma enəcək", - Mərkəzi Asiya üzrə avropalı ekspert Yuri Fyodorov belə hesab edir.

Onun fikrincə, ABŞ-ın hazırkı administrasiyası Mərkəzi Asiyanı ilk öncə Əfqanıstandakı əməliyyatların "strateji arxa cəbhəsi" kimi nəzərdən keçirir. Bu regiondan Əfqanıstanda fəaliyyət göstərən beynəlxalq koalisiya qüvvələrinin təchizat kanallarının biri keçir.

"Bu region Pakistan və Əfqanıstan sərhədindəki "qəbilələr zonası" adlandırılan yerlə bağlı problemlər gərginləşdikcə, daha böyük əhəmiyyət daşımağa başlayır", - ekspert hesab edir.

Fyodorovun fikrincə, iqtisadi planda ABŞ Qazaxıstan nefti və Türkmənistan qazının Rusiyadan yan keçərək Avropaya nəqlində maraqlıdır və ABŞ-ın bu regionda digər ciddi maraqları yoxdur.

"Bununla yanaşı, bu gün belə bir perspektiv görünməsə də ABŞ Əfqanıstandan getməyin mümkün olduğunu hesab etsə, Vaşinqtonda Mərkəzi Asiyaya maraq minimuma enəcək", - Trend -a elektron poçtla Beynəlxalq münasibətlər üzrə Chatham House Kral İnstitutunun Rusiya və Avrasiya proqramının elmi əməkdaşı Fyodorov deyib.

"ABŞ-ın Mərkəzi Asiyada öz təsir sahəsini yaratmaq səyləri haqqında təxminlər böyük şişirtmədir", - ekspert hesab edir.

"ABŞ daha çox gələcəkdə Mərkəzi Asiyanın Rusiya və Çinin maraqlarının kəsişdiyi regiona çevrilməsində maraqlıdır. Bununla da ABŞ-ın həqiqi, uzunmüddətli maraqları olduğu digər regionlardan rus və çin resurslarının çəkilməsini təmin etmək olar", - Fyodorov bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti